İnzibati mütəxəssis (Çin dilli)
Universal Solar Azerbaijan MMC • Tam iş günü

Təsvir

Komandamıza Çin dili bilən inzibati mütəxəssis axtarırıq. Bu vəzifənin əsas məqsədi Çin və Azərbaycan dilli əməkdaşlar arasında işgüzar ünsiyyətin və qarşılıqlı anlaşmanın təmin edilməsidir. Mütəxəssis əsasən O&M (Operations&Maintenance) əməkdaşları ilə onların çin dilli rəhbəri arasında şifahi tərcüməni həyata keçirəcək.


Əsas vəzifələr

  • O&M əməkdaşları ilə rəhbərlik arasında görüşlər və gündəlik iş prosesində Çin dili Azərbaycan dili üzrə şifahi tərcümənin həyata keçirilməsi;
  • Texniki və əməliyyat məsələləri ilə bağlı söhbətlərin dəqiq və operativ tərcümə edilməsi;
  • İş tapşırıqlarının, göstərişlərin və izahların əməkdaşlara düzgün çatdırılmasına dəstək göstərilməsi;
  • Zərurət yarandıqda yazılı tərcümələrin həyata keçirilməsi;
  • Çin və Azərbaycan əməkdaşları arasında effektiv kommunikasiya və koordinasiyaya dəstək;
  • İş prosesində istifadə olunan texniki terminologiyanın mənimsənilməsi və düzgün tətbiqi.


Tələblər

  • Çin dilini yüksək səviyyədə bilmək – əsas tələb;
  • Azərbaycan dilini səlis bilmək;
  • Şifahi tərcümə və kommunikasiya bacarığı;
  • Məsuliyyətli, diqqətli və operativ olmaq;
  • Texniki terminləri öyrənmək və tətbiq etmək bacarığı;
  • Energetika, elektrik mühəndisliyi və ya digər texniki sahələr üzrə bilik və ya iş təcrübəsi üstünlükdür;
  • Günəş elektrik stansiyası və ya energetika sahəsində təcrübə əlavə üstünlük hesab olunur.


İş şəraiti

  • İş yeri: Ələt, Qobustan Günəş Elektrik Stansiyası;
  • İş rejimi: növbəli iş qrafiki;
  • Peşəkar və beynəlxalq iş mühiti;
  • Energetika və bərpa olunan enerji sahəsində inkişaf imkanı.

Uyğun namizədlər CV-lərini mövzu yerinə "Çin dilli inzibati mütəxəssis" yazıb göndərə bilərlər. 

İş rejimi Tam iş günü
Təcrübə Tələb yoxdur
Əmək haqqı Razılaşma yolu ilə

Müraciət üçün əlaqə

hr.az@universalenergy.com