"Azərkosmos" Suqovuşanın peykdən çəkilmiş fotosunu paylaşıb

23 noyabr 2021, 16:19 (UTC+4)
ÖLKƏ
EDITOR
image
İşğaldan azad edilmiş ərazilərimizdə həyata keçirilən bir sıra infrastruktur layihələrinin gedişatı “Azersky” peykinin təsvirləri vasitəsilə davamlı olaraq monitorinq edilir. "Berpaolunanenerji.az" xəbər verir ki, bu barədə "Azərkosmos" ASC-dən məlumat verilib. Qurumun açıqlamasında deyilir ki, buraya Suqovuşan və Talış qəsəbələrinin elektrik enerjisi ilə təmin olunmasında mühüm rol oynayacaq "Suqovuşan-1" və "Suqovuşan-2" kiçik su elektrik stansiyaları da daxildir.