18 aprel 2022-ci il tarixində "Berpaolunanenerji.az" informasiya portalı "Enerjini özün YARAT" layihəsi ilə əməkdaşlığa başlayıb.
“Enerjini özün YARAT!” layihəsi Təhsildə İnkişaf və İnnovasiyalar üzrə 5-ci qrant müsabiqəsi çərçivəsində ümumtəhsil məktəbləri kateqoriyası üzrə qalib gəlmiş layihə olaraq 01 noyabr 2021-ci il tarixindən icra planına uyğun olaraq fəaliyyətinə başlamışdır.
Layihənin məqsədi 7-11-ci sinif şagirdləri arasında müxtəlif vasitələrdən istifadə edərək STEAM, Fizika, Biologiya, İnformatika elmlərinin bacarığa çevrilərək alternativ enerji mənbələri layihələri işləməsi, qazandıqları bilik və bacarıqları yarışlarda sınaması və təbliğat materialları hazırlamasıdır.