"Google" yeni kampusunda günəş enerjisindən istifadə edəcək

9 fevral 2022, 23:24 (UTC+4)
GÜNƏŞ
EDITOR
image
ABŞ-nin “Google” şirkəti Silikon Vadisində yeni inşa etdiyi kampusunda günəş panelləri quraşdırıb. “Berpaolunanenerji.az”ın “Bloomberg”ə istinadən verdiyi xəbərə görə, 7 MVt gücə sahib panellər kampusun elektrik enerjisinin 40 faizini qarşılayacaq. Qeyd edək ki, binanın damı və panellər əjdaha dərisi forması ilə diqqət çəkir.