"Masdar" Qarabağda külək və günəş enerji layihələri üzərində işləyir

5 fevral 2022, 21:43 (UTC+4)
ÖLKƏ
EDITOR
image
Birləşmiş Ərəb Əmirliklərinin "Masdar" şirkəti (Abu Dhabi Future Energy Company) Qarabağda layihələr üzərində işləyir. "Berpaolunanenerji.az"ın məlumatına görə, bunu Trend-ə açıqlamasında şirkətin baş direktoru Məhəmməd Cəmil əl-Ramahi deyib. "Biz Kəlbəcər və Laçında 100 meqavat gücündə külək elektrik stansiyasının tikintisi, eləcə də azad edilmiş ərazilərdəki "ağıllı" şəhər və kəndlərdə 150 meqavat gücündə günəş batareyaları layihəsi üzərində işləyirik", - deyə o bildirib. M.əl-Ramahi vurğulayıb ki, şirkət Azərbaycanın enerji bazarında mövcudluğunu genişləndirmək niyyətindədir. "Azərbaycan "yaşıl enerji" sektorunda böyük potensiala malikdir və biz layihələrin inkişafında iştirak etməkdən məmnun olarıq", - şirkətin baş direktoru deyib.