"Renewables.az" "SolarEX İstanbul"un ölkə üzrə media partnyoru olub

9 yanvar 2023, 13:46 (UTC+4)
ÖLKƏ
EDITOR
image
Azərbaycanın bərpa olunan enerji sahəsi üzrə ixtisaslaşmış informasiya portalı olan "Renewables.az" "SolarEX İstanbul"un media partnyoru olub. Əməkdaşlığa əsasən, Türkiyədə keçiriləcək 15-ci "Beynəlxalq Günəş Enerjisi və Texnologiyaları Sərgisi - SolarEX"in Azərbaycan üzrə media partnyoruluğu haqqında razılaşma əldə edilib. Sərgi 6-8 aprel tarixlərində İstanbul şəhərində təşkil olunacaq. Tədbir haqqında ətraflı məlumat veriləcək.