"Shell" Braziliya sularında 17 qeqavat gücündə külək elektrik stansiyası inşa edəcək
KÜLƏK
-
30.04.2022 03:03 (UTC+04:00)
Böyük Britaniyanın "Shell" şirkəti Braziliya sularında ümumi gücü 17 qeqavat olan altı külək elektrik stansiyası tikməyi planlaşdırır.
"Berpaolunanenerji.az" xarici KİV-ə istinadən xəbər verir ki, ölkənin Ətraf Mühit Nazirliyinin Ətraf Mühit və Bərpa Olunan Təbii Mənbələr İnstitutu (IBAMA) məlumatı təsdiqləyib.
İşlərə bu ilin sonundan başlanılacaq. Qeyd edək ki, Braziliya dənizdə külək enerjisi gücünü 80 qeqavata çatdırmağı planlaşdırır.