"Yaşıl enerji zonası"nda tariflər müəyyən ediləcək

23 iyun 2022, 03:08 (UTC+4)
ÖLKƏ
EDITOR
image
Azad edilmiş ərazilərində tarif təklifləri hazırlanaraq təsdiq ediləcək. "Berpaolunanenerji.az"ın xəbərinə görə, bu, Nazirlər Kabinetinin təsdiqlədiyi “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində 2022-2026-cı illərdə “yaşıl enerji” zonasının yaradılması üzrə Tədbirlər Planı”nda əksini tapıb. Tədbirlər Planına əsasən, İqtisadiyyat və Energetika nazirlikləri 2022-2024-cü illərdə tarif tənzimlənməsi təkliflərinin hazırlanması və təsdiq edilməsi üzrə təhlillərin aparılması, təkliflərin hazırlanması və tariflərin təsdiq edilməsini təmin etməlidir.