"Yeni Yaşma" Külək Elektrik Parkında istehsal olunan elektrik enerjisinin həcmi açıqlanıb

11 oktyabr 2022, 15:08 (UTC+4)
KÜLƏK
EDITOR
image
“Yeni Yaşma” Külək Elektrik Parkında (KEP) istehsal edilən elektrik enerjisinin həcmi açıqlanıb. "Berpaolunanenerji.az" Energetika Nazirliyinə istinadən xəbər verir ki, fəaliyyətə başladığı dövrdən 2022-ci il oktyabr ayınadək KEP-də 336,6 mln. kVt-saat elektrik enerjisi istehsal olunub. Qeyd edək ki, 11 oktyabr 2018-ci ildə Xızı rayonunda 50 MVt-lıq “Yeni Yaşma” Külək Elektrik Parkının açılışı olub.