Çin nəhəng külək enerji layihələri reallaşdıracaq

25 oktyabr 2022, 14:49 (UTC+4)
KÜLƏK
EDITOR
image
Çin 10 milyard kVt-saatdan çox elektrik enerjisi istehsal edəcək külək layihələri reallaşdıracaq. “Berpaolunanenerji.az” xarici mətbuata istinadən xəbər verir ki, Çin Milli Enerji Administrasiyası (NEA) məlumatına görə, ölkə sularında 5 nəhəng külək elektrik stansiyaları inşa ediləcək. Həmçinin Çin iqlim hədəflərinə çatmaq üçün 2025-ci ilə külək və günəş enerjisi gücünü ikiqat artıracaq.