Çində dünyanın ən güclü turbini istehsal edilib

19 dekabr 2022, 16:36 (UTC+4)
KÜLƏK
EDITOR
image
Çinin şərqindəki Fucyen əyalətində dünyanın ən güclü dəniz külək turbini istehsal edilib. "Berpaolunanenerji.az" "China Daily"ə istinadən xəbər verir ki, turbinin gücü 16 MVt-dır. Turbin qanadlarının diametri 252 metrdir və illik 66 milyon kVt-saat elektrik enerjisi istehsalı gücünə malikdir.