İlham Əliyev: "İndi biz bərpaolunan enerji sahəsində birbaşa xarici investisiyaları görürük"

19 may 2022, 01:23 (UTC+4)
ÖLKƏ
EDITOR
image
İnvestisiya proqramlarımızın ilkin vaxtlarında əsasən neft-qaz sektoruna investisiya qoyulurdusa, indi biz bərpaolunan enerji sahəsində birbaşa xarici investisiyaları görürük. "Berpaolunanenerji.az" xəbər verir ki, bunu Prezident İlham Əliyev Azərbaycan-Litva biznes forumunda çıxışı zamanı deyib. Dövlət başçısı qeyd edib: "Bu ilin əvvəlində xarici investorlar ilə 470 meqavat gücündə günəş və külək elektrik stansiyaları tikmək üçün iki böyük müqavilə imzalanmışdır ki, bu da əlverişli investisiya mühitinin olmasının göstəricisidir".