İlham Əliyev: "Sabah Azərbaycanda böyük külək elektrik stansiyasının təməli qoyulacaq"

12 yanvar 2022, 20:41 (UTC+4)
ÖLKƏ
EDITOR
image
“Sabah ölkəmizin həyatında çox önəmli hadisə baş verəcək. Xarici investorların hesabına Azərbaycanda böyük külək elektrik stansiyasının təməli qoyulacaq”. "Berpaolunanenerji.az"ın xəbərinə görə, bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 12-də yerli televiziya kanallarına müsahibəsində deyib. “240 meqavatlıq külək elektrik stansiyasının təməli qoyulur. Vəsaiti investorlar 100 faiz özləri təmin edəcəklər”, - Prezident vurğulayıb.