İngiltərə bərpaolunan enerji sərmayəçilərinə dəstək paketi ayıracaq

26 sentyabr 2021, 20:28 (UTC+4)
DÜNYA
EDITOR
image
İngiltərə hökuməti dənizüstü külək enerjisi sektoru başda olmaqla, bərpaolunan enerji sərmayəçilərinə 265 milyon funt-sterlinq dəstək paketi ayıracaq. Bu barədə "Berpaolunanenerji.az" xarici mətbuata istinadən xəbər verir. Hökumət aşağı karbonlu elektrik istehsalına sərmayəni təşviq etmək məqsədilə 2014-cu ildə başlatdığı planın dördüncü və sonuncu mərhələsində, dənizüstü külək enerjisi sərmayəçilərinə ildə 200 milyon funt-sterlinq dəstək paketi ayıracaq. Dəstək paketi hazırda 10 400 MVt olan dənizüstü külək enerji gücünün 2030-cu ilə qədər 40 000 MVt hədəfinə çatmağına kömək edəcək. Bundan başqa, hökumət bərpaolunan enerji texnologiyalarının inkişaf etdirilməsinə 55 milyon funt-sterlinq, dənizdə üzən külək layihələrinə isə 24 milyon funt-sterlinq ayrılacaq. Əlavə olaraq, quruda külək və günəş enerjisi layihələrinə beş ildən artıq subvensiya imkanları təklif olunacaq.