İranın energetika naziri sabah Azərbaycana gələcək
5 iyul 2022,
22:54 (UTC+4)
ÖLKƏ
EDITOR
İranın energetika naziri Əli Əkbər Mehrabian Azərbaycana bir günlük səfərə gələcək.
"Berpaolunanenerji.az" IRNA-ya istinadən xəbər verir ki, Mehrabian bu gecə Bakıya gələcək.
Nazirin ölkə rəsmiləri ilə görüşləri iyulun 6-na planlaşdırılıb.
Səfər zamanı enerji sahəsində əməkdaşlığa dair sənədlərin imzalanacağı gözlənilir.