Ağdamdakı mobil düşərgə günəş enerjisi ilə qidalanan işıq dirəkləri ilə təchiz olunub

29 yanvar 2022, 16:42 (UTC+4)
ÖLKƏ
EDITOR
image
Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) Ağdam rayonunda agentliyin minaaxtaranları üçün yeni mobil sahə düşərgəsi salıb. Bu barədə "Berpaolunanenerji.az" ANAMA-ya istinadən xəbər verir. Burada, “yaşıl enerji” zonasının tətbiqi konsepsiyasına uyğun olaraq düşərgə günəş enerjisi ilə qidalanan xüsusi işıq dirəkləri ilə təchiz olunub.