ABŞ Vyetnamda nəhəng dənizüstü külək elektrik stansiyası tikmək istəyir
KÜLƏK
-
07.09.2022 20:20 (UTC+04:00)
ABŞ-nin “AES Corp” enerji şirkəti Vyetnamda nəhəng dənizüstü külək elektrik stansiyası inşa etməyi planlaşdırır.
“Berpaolunanenerji.az” xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə şirkət Vyetnamın Sənaye və Ticarət Nazirliyinə bununla bağlı təklif verib.
İnşası planlaşdırılan stansiyanın qoyuluş gücü 4 QVt nəzərdə tutulur və stansiyaya 13 milyard dollar sərmayənin yatırılması gözlənilir.