ABB-nin Xankəndi filialının damında günəş panelləri quraşdırılıb

AZƏRBAYCAN
GÜNƏŞ
YAŞIL ENERJİ ZONASI

image

Azərbaycan Beynəlxalq Bankının (ABB) Xankəndi filialının binasının damında günəş panelləri quraşdırılıb.

Renewables.az Banka istinadən xəbər verir ki, filialın fasadı və reklam lövhələri bərpa olunan enerji ilə (günəş enerjisi - red.) işıqlandırılacaq.

Bildirilib ki, Qarabağ və Şərqi Zəngəzurun yaşıl artım zonası elan edilməsi nəzərə alınaraq Xankəndi filialının binası buna uyğun qurulub. 



OXŞAR XƏBƏRLƏR