"Acwa" Özbəkistanda 1,5 giqavat gücündə külək elektrik stansiyası tikir

21 sentyabr 2026, 09:45 (UTC+4)
REGİON KÜLƏK
EDITOR
image
Foto: Özbəkistan Prezidentinin Mətbuat xidməti

Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevin Qaraqalpaqıstan Respublikasına səfəri çərçivəsində yeni enerji layihələrinin istifadəyə verilməsi və yeni obyektlərin tikintisinə başlanılması ilə bağlı mərasim keçirilib.

Renewables.az Özbəkistan Prezidentinin Mətbuat xidmətinə istinadla xəbər verir ki, mərasim çərçivəsində Qaraqalpaqıstanın Qarao‘zak rayonunda ümumi gücü 300 MVt olan iki külək elektrik stansiyası və 100 MVt gücündə enerji saxlanc sistemi istismara verilib.

Bundan əlavə, Kunqrad rayonunda iri 1,5 GVt gücündə külək elektrik stansiyasının tikintisi və onun vahid elektrik şəbəkəsinə qoşulması üzrə işlərə aktiv mərhələdə başlanılıb.

Dəyəri 2,6 milyard ABŞ dolları olan layihə Səudiyyə Ərəbistanının "Acwa" şirkəti ilə birgə həyata keçirilir. Layihə çərçivəsində həmçinin 1 500 kilometr uzunluğunda yüksək gərginlikli elektrik verilişi xətlərinin çəkilməsi və 500 kV-luq üç yarımstansiyanın tikintisi nəzərdə tutulur. Daha iki yarımstansiyanın isə modernləşdirilməsi planlaşdırılır.