Afrikanın ilmenit mədənində külək və günəş enerjisindən istifadə ediləcək

DÜNYA
GÜNƏŞ
KÜLƏK

image

“Rio Tinto” şirkətinin Afrikanın Madaqaskar ölkəsində yerləşən ilmenit mədənində illik elektrik ehtiyacının 60 %-i külək və günəş enerjisindən qarşılanacaq.

“Berpaolunanenerji.az” şirkətin saytına istinadən xəbər verir ki, bu barədə, “CrossBoundary Energy” (CBE) ilə satın alma anlaşması imzalanıb.

20 illik imzalanan anlaşma çərçivəsində CBE, 8 MVt gücündə günəş elektrik stansiyası, 8,25 MVt gücündə enerji saxlama sisteminə bağlı 12 MVt gücündə külək hibrid elektrik stansiyası inşa edəcək.

Günəş elektrik stansiyasının 2022-ci ilin əvvəlləri, külək-hibrid sisteminin isə 2022-ci ilin sonları istehsala başlayacağı bildirilir.


 



OXŞAR XƏBƏRLƏR