Almaniya elektrik ehtiyacının 10 faizini günəş enerjisindən qarşılayır

7 yanvar 2022, 22:40 (UTC+4)
GÜNƏŞ
EDITOR
image
2021-ci ildə Almaniyada 5 300 MVt yeni günəş enerjisi gücü istifadəyə verilib. Bu barədə "Berpaolunanenerji.az" Almaniya Günəş Enerjisi Assosiasiyasının (BSW) məlumatlarına istinadən xəbər verir. Statistikaya əsasən, ötən il 2 400 yeni günəş paneli şəbəkəyə qoşulub. Bundan əlavə, günəş elektrik enerjisi satışları əvvəlki ilə nisbətən 10 faiz artıb. Hazırda təxminən 59 min MVt günəş enerjisi gücünə sahib ölkə, 2030-cu ilə qədər bu gücü 200 min MVt-a qədər artırmağı hədəfləyir.