Almaniyada külək elektrik stansiyaları üçün daha çox ərazi tələb olunub

12 sentyabr 2022, 20:35 (UTC+4)
KÜLƏK
EDITOR
image
Almaniya Enerji və Su Sənayeləri Birliyi (BDEW) hökumətdən külək elektrik stansiyalarının inşası üçün ayrılan sahələrin ikiqat artırılmasını istəyib. “Berpaolunanenerji.az” xarici KİV-ə istinadən xəbər verir ki, şirkət bu məsələnin 2030-cu ilə qədər həll olunması üçün hökumətə müraciət edib. Bildirilir ki, BDEW üçün ayrılan ərazilərin 0,8 %-i külək enerjisi üçün münasibdir və bunun artıq 0,5 %-i istifadə olunub. 2030-cu ilə qədər mövcud ərazilər ikiqat artırılmalıdır.