AMEA: "Qarabağ və Zəngəzurda alternativ enerji üzrə tədqiqatlar aparılır"

27 aprel 2022, 18:44 (UTC+4)
ÖLKƏ
EDITOR
image
Bu gün Azərbaycan Milli Elmlər Akademiyasının Ümumi yığıncağında Yer Elmləri Bölməsinin 2021-ci il üzrə elmi və elmi-təşkilati fəaliyyəti haqqında hesabat dinlənilib. "Berpaolunanenerji.az"ın məlumatına görə, hesabatı bölmənin Elmi şurasının sədr müavini, akademik Fəxrəddin Qədirov təqdim edib. O, bölməyə daxil olan müəssisələrdə Qarabağ və Zəngəzur iqtisadi rayonlarında alternativ enerji mənbələri üzrə araşdırmaların aparıldığını diqqətə çatdırıb.