Avropa Komissiyası bərpa olunan enerji proqramı üçün Yunanıstana maliyyə ayıracaq

2 yanvar 2022, 11:06 (UTC+4)
DÜNYA
EDITOR
image
Avropa Komissiyası Yunanıstanın 47 adasında bərpa olunan enerji proqramı üçün Yunanıstana 1,6 milyard dollar maliyyə ayıracaq. “Berpaolunanenerji.az”ın məlumatına görə, bununla adaların elektrik enerjisinin 80 %-i bərpa olunan mənbələrdən təmin ediləcək. Proqram çərçivəsində, 2026-ci ilin sonuna qədər 264 MVt gücündə bərpa olunan enerji gücünün yaradılması gözlənilir.