Azərbaycan AİİB-lə "yaşıl" və "ağıllı" konsepsiyaların tətbiqində tərəfdaşlığı müzakirə edib - FOTO

27 oktyabr 2021, 13:03 (UTC+4)
ÖLKƏ
EDITOR
image
Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov Asiya İnfrastruktur İnvestisiya Bankının Müdirlər Şurasının 6-cı İllik Toplantısında iştirak edib. “Berpaolunanenerji.az”ın məlumatına görə, bu barədə nazir tviter hesabında yazıb. O qeyd edib ki, görüşdə 2030-cu ilədək müəyyən edilən hədəflər üzrə Azərbaycanda “yaşıl” və “ağıllı” konsepsiyalarının tətbiqi istiqamətində Bankla tərəfdaşlıq perspektivləri nəzərdən keçirilib. “İqlim siyasəti üzrə yeni çağırışlar hazırda ən çox diqqət yetirilən qlobal məsələlərdəndir”, - nazir əlavə edib.
Renewables.az