Azərbaycan və IEA enerji bazarında mövcud durumu müzakirə edib

2 mart 2022, 20:33 (UTC+4)
ÖLKƏ
EDITOR
image
Azərbaycanın energetika naziri Pərviz Şahbazovla Beynəlxalq Enerji Agentliyinin (IEA) icraçı direktoru Fatih Birol arasında telefon danışığı olub. "Berpaolunanenerji.az" xəbər verir ki, bu barədə nazir tvitter hesabında yazıb. O əlavə edib ki, telefon danışığında enerji bazarında mövcud durum müzakirə olunub. "F. Birol enerji böhranı dövründə Avropanın enerji təhlükəsizliyinə verdiyi töhfəyə görə Azərbaycana təşəkkür edib", - nazir qeyd edib.