Azərbaycanda bərpa olunan enerji sektorunun böyük perspektivləri var - Səfir

30 noyabr 2022, 16:20 (UTC+4)
ÖLKƏ
EDITOR
image
Azərbaycan Cənubi Qafqazda Almaniya üçün vacib iqtisadi tərəfdaşdır. "Berpaolunanenerji.az"ın məlumatına görə, bunu bu gün Almaniyanın Azərbaycandakı səfiri Ralf Horleman "Market Analysis Azerbaijan 2022-2023" eksklüziv nəşrinin təqdimatı zamanı deyib. Onun sözlərinə görə, Azərbaycanla enerji əməkdaşlığı baxımından Almaniya ilk növbədə bərpa olunan enerji sektorunda maraqlıdır. "Azərbaycan təkcə neft-qaz sahəsində deyil, həm də bərpa olunan enerji sektorunda vacib tərəfdaşdır. Bu sahənin Azərbaycanda böyük gələcəyi var", - səfir deyib. O vurğulayıb ki, hazırda Almaniya üçün Azərbaycanla həm enerji, həm də logistika və ticarət sahələrində əməkdaşlıq potensialı vacibdir.