- enerji istehlak edən qurğu və avadanlığa texniki xidmətin və 3 enerji səmərəliliyinin monitorinqini aparmaq və təkliflər hazırlamaq;
- təsərrüfat subyektində və ya qeyri-yaşayış binalarında enerji istehlakının monitorinqini aparmaq və hesabatlar hazırlamaq;
- enerji istehlakının monitorinqinin həyata keçirilməsi üçün ölçmə vasitələrinin işlək vəziyyətdə olmasına nəzarət etmək, onların təmiri və ya yenisi ilə əvəz edilməsinə dair tədbirlər görmək;
- enerji istehlak edən sistemlər, qurğular, avadanlıqlar üzrə tələb olunan modifikasiyaları həyata keçirmək və onların tətbiqini koordinasiya etmək;
- enerji istehlakı vərdişlərinin dəyişdirilməsi üçün tədbirlər görmək və nəticədə enerji qənaətini təmin etmək;
- enerji istehlakı nəticəsində yaranan tullantılardan istifadə ilə bağlı təkliflər vermək;
- enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi ilə bağlı təsərrüfat subyektinin və qeyri-yaşayış binasının mülkiyyətçisinin işçi heyətinin təlimi üçün tədbirlər görmək;
- bərpa olunan enerji mənbələrinin tətbiqi imkanlarını araşdırmaq və inkişaf etdirmək;
- təsərrüfat subyektinə və qeyri-yaşayış binasının mülkiyyətçilərinə texniki və praktiki tövsiyələr vermək.