Azərbaycan və Sloveniya birgə BOEM layihələrinin regiondan kənara çıxması imkanını nəzərdən keçirir

AZƏRBAYCAN

image

2025-ci il aprelin 4-də Bakıda ölkələrimizin Energetika nazirlikləri arasında enerji sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb. Sənəd təbii qaz, bərpa olunan enerji mənbələri, enerji sistemlərinin rəqəmsallaşdırılması və hidrogen texnologiyalarının inkişafı kimi əsas istiqamətlərdə tərəfdaşlığın genişləndirilməsi üçün möhkəm əsas yaradır.

Renewables.az-ın məlumatına görə, bunu "Report"a müsahibəsində Sloveniyanın İqtisadiyyat, Turizm və İdman Nazirliyinin baş katibi Mitja Blaganje deyib.

“Hər iki ölkə bərpa olunan enerji mənbələri sahəsində layihələrə, o cümlədən günəş və külək enerjisi layihələrinə sərmayə qoyur ki, bunlar da birgə təşəbbüslər vasitəsilə digər bazarlara genişləndirilə bilər. 

2025-ci ilin yanvar ayından etibarən Sloveniya bir il müddətinə Beynəlxalq Bərpa Olunan Enerji Agentliyinin Assambleyasının sədri funksiyalarını yerinə yetirir. Bu sədrlik Sloveniyaya təşkilatın proqram fəaliyyətini idarə etmək üçün rəsmi səlahiyyətlər verməsə də, onun beynəlxalq iqlim və enerji gündəliyində fəal mövqeyini vurğulayır”, - baş katib deyib.

Blaganje qeyd edib ki, Sloveniya Azərbaycanı "yaşıl" transformasiya sahəsində təşəbbüslərin irəli sürülməsində, xüsusilə təmiz enerjiyə qlobal keçid kontekstində mühüm tərəfdaş kimi görür. Azərbaycanın regional enerji təşəbbüslərində artan rolunu və bərpa olunan enerji sahəsinin inkişafına can atmasını nəzərə alaraq, həm ikitərəfli, həm də çoxtərəfli səviyyədə əməkdaşlığın genişləndirilməsi üçün potensial mövcuddur.



OXŞAR XƏBƏRLƏR