Azərbaycan-Türkiyə IV Enerji Forumunun “Tənzimləmə” İşçi qrupunun 2025-2026-cı illər üzrə Forumlararası Fəaliyyət Planı çərçivəsində Enerji Məsələlərini Tənzimləmə Agentliyi (EMTA) və Türkiyənin Enerji Bazarını Tənzimləmə Qurumunun (Enerji Piyasası Düzenleme Kurumu – EPDK) mütəxəssisləri arasında onlayn görüş baş tutub.
İşçi qrupunun EMTA və EPDK-dan olan həmsədrləri Elmar Güləliyev və Mustafa Yavuzdemir iştirakçıları salamlayaraq bu kimi görüşlərin əhəmiyyətini vurğulayıblar.
Görüş zamanı EPDK-nın elektrik enerjisi üzrə mütəxəssisi Onur Uyanusta “Türkiyənin elektrik enerjisi bazarında aqreqasiya fəaliyyətləri” mövzusunda təqdimatla çıxış edib. O, iştirakçılara elektrik enerjisi bazarında aqreqasiya fəaliyyəti, bu sahədə mövcud normativ hüquqi çərçivə və icazələr barədə ətraflı məlumat verib.
Görüş interaktiv sual-cavab sessiyası ilə başa çatıb.
