Azərbaycanda "ACWA Power" şirkətinin Mərkəzi Asiya İdarəetmə Komitəsinin iclası keçirilib

AZƏRBAYCAN

image

Azərbaycanda Səudiyyə Ərəbistanının "ACWA Power" şirkətinin Mərkəzi Asiya İdarəetmə Komitəsinin iclası keçirilib.

Şirkətin məlumatına görə, 19–21 sentyabr tarixlərində keçirilən görüş çərçivəsində şirkətin regional liderləri – Abid Malik, Ahmad Abbas Mirza, Anthony Brinkhuizen, Jon Zaidi, Selim Güven, Ahsen Saeed və Ahmad Fahad – bir araya gələrək, region üzrə strateji prioritetlərin müzakirəsi, əməkdaşlıq imkanlarının genişləndirilməsi və dayanıqlı inkişaf məqsədlərinin dəstəklənməsi istiqamətində fikir mübadiləsi aparıblar.

Səfərin əsas məqamlarından biri nümayəndə heyətinin 240 MVt gücündə "Xızı-Abşeron" Külək Elektrik Stansiyası layihəsinin tikinti sahəsinə ziyarəti olub. Layihə Azərbaycanın bərpa olunan enerji potensialının reallaşdırılmasında və ölkənin yaşıl enerji keçidində mühüm addım hesab olunur. Qonaqlara tikinti işlərinin gedişatı, layihənin icra mərhələləri və gələcək planlar barədə ətraflı məlumat verilib.

Tədbir zamanı həmçinin layihənin Abşeron ərazisindəki turbinlərinin test rejimində kommersiya fəaliyyətinə başlaması (ECOD1 – Early Commercial Operation Date – “Erkən Kommersiya Əməliyyatları Tarixi”) qeyd olunub. Bu əlamətdar nailiyyət layihə komandalarının fədakarlığı, peşəkarlığı və yüksək komanda ruhunun göstəricisi kimi dəyərləndirilib.

ECOD1 mərhələsinin qeyd olunması münasibətilə təşkil edilən mərasimdə "ACWA Power" rəhbərliyi layihə şirkətinin və EPC podratçısının əməkdaşlarını layihənin uğurlu irəliləyişinə verdikləri töhfələrə görə təltif edib və onlara təşəkkürünü bildirib.

Renewables.az Renewables.az Renewables.az Renewables.az Renewables.az


OXŞAR XƏBƏRLƏR