Azərbaycanda binaların enerji effektivliyi üzrə pasportlaşdırılması məcburi olacaq

AZƏRBAYCAN

image

Azərbaycanda yeni tikilən, yenidən qurulan və əsaslı təmir olunan yaşayış və qeyri-yaşayış binalarının enerji effektivliyi üzrə pasportlaşdırılması məcburi olacaq, bu "Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında" qanunda dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb.

Milli Məclisin məlumatına görə, sənəd Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılıb. 

Layihəyə əsasən, "Tarix və mədəniyyət abidələrinin qorunması haqqında" qanuna uyğun olaraq dünya, ölkə və yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısına daxil edilmiş binalar (tikililər), yardımçı və müvəqqəti tikililər, istixanalar və anbar binaları, istehsalat binaları, fərdi yaşayış evləri, Şəhərsalma və Tikinti Məcəlləsinin 81.1-ci və 89.1-ci (89.1.4-cü maddə istisna olmaqla) maddələri ilə müəyyən edilmiş tikinti obyektləri istisnadır. 

Renewables.az


OXŞAR XƏBƏRLƏR