Azərbaycanda külək enerjisi istehsalı son 5 ildə geriləyib - RƏSMİ STATİSTİKA

AZƏRBAYCAN
KÜLƏK

image

Azərbaycanda son illər külək enerjisi istehsalında azalma tendensiyası müşahidə olunur.

Dövlət Statistika Komitəsinin məlumatlarına əsasən, 2020-ci ildən etibarən bu sahədə ardıcıl azalmalar qeydə alınıb. Ən kəskin azalma 2023-cü ildə baş verib, həmin il külək enerjisi istehsalı əvvəlki illə müqayisədə 33,5 faiz azalıb.

Digər illərdə isə azalma belə olub:

  • 2020-ci ildə – 8,8 %,

  • 2021-ci ildə – 4,9 %,

  • 2022-ci ildə – 8,9 %,

  • 2024-cü ildə – 8,1 %.

Külək enerjisi istehsalında, xüsusilə 2018-2019-cu illərdə, qeydə alınan artım “Yeni Yaşma” Külək Elektrik Parkının (50 MVt gücündə) istismara verilməsi ilə bağlı olub.

Bu ilin sonunda gücü 240 MVt olan "Xızı-Abşeron" Külək Elektrik Stansiyasının istismara verilməsi ilə külək enerjisi istehsalında əhəmiyyətli artım gözlənilir.

Renewables.az Renewables.az


OXŞAR XƏBƏRLƏR