Azərbaycanda hidroenerji istehsalı artıb.
Energetika Nazirliyinin açıqladığı elektrik enerjisinə dair operativ məlumatlara əsasən, 2025-ci ilin birinci yarımilində Azərbaycanın su elektrik stansiyalarının enerji istehsalı 1 mlrd. 860 mln. kVt-saat təşkil edib. Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 278,9 mln. kVt-saat və ya 17,6 % çoxdur.
Hesabat dövründə "Azərenerji" ASC üzrə su elektrik stansiyalarında 1 mlrd. 851,1 mln. kVt-saat elektrik enerjisi istehsal olunub ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 270 mln. kVt-saat və ya 26,2 % çoxdur.