Azərbaycan və Böyük Britaniya yaşıl enerji üzrə interkonnektor layihələri müzakirə edib

AZƏRBAYCAN

image

Azərbaycanın energetika naziri Pərviz Şahbazov Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Fergus Auld ilə görüşüb.

Renewables.az xəbər verir ki, bu barədə Pərviz Şahbazov "X" sosial şəbəkəsindəki hesabında bildirib.

Nazir qeyd edib ki, görüşdə ikitərəfli enerji əməkdaşlığının inkişafı, yaşıl enerji üzrə interkonnektor layihələri, hidrogen strategiyası, həmçinin Hökumətlərarası Komissiyanın növbəti iclasına hazırlıq məsələləri ətrafında fikir mübadiləsi aparılıb.



OXŞAR XƏBƏRLƏR