Azərbaycanda elektrik enerjisi istehsalı artıb

15 noyabr 2021, 21:43 (UTC+4)
ÖLKƏ
EDITOR
image
2021-ci ilin yanvar-oktyabr aylarında Azərbaycanda 21245,7 milyon kVt-saat elektrik enerjisi istehsal edilib ki, bu da ötən ilin müvafiq dövrünə nisbətən 7,2 % çoxdur. "Berpaolunanenerji.az"ın Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, istehsal edilən əmtəəlik elektrik enerjinin həcmi yanvar-avqust aylarında 20592,4 mln. kVt-saat təşkil edib (artım 7,6 %).