Azərbaycanda günəş enerjisi istehsalında artım qeydə alınıb

15 sentyabr 2021, 12:29 (UTC+4)
ÖLKƏ GÜNƏŞ
EDITOR
image
2021-ci ilin yanvar-avqust aylarında Azərbaycanda 17467,8 milyon kVt-saat elektrik enerjisi istehsal edilib ki, bu da ötən ilin müvafiq dövrünə nisbətən 7,2 % çoxdur. "Berpaolunanenerji.az" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, istehsal olunan elekrik enerjisinin 37,4 milyon kVt-saatı günəş elektrik stansiyalarından olub. Bildirək ki, bu göstərici ötən ilin müvafiq dövrünə nisbətən 16,1 % çoxdur.