Azərbaycanda I rübdə yaşıl enerji istehsalı 40 faizə yaxın artıb

AZƏRBAYCAN

image

2025-ci ilin yanvar-mart ayları üzrə operativ məlumatlara əsasən, 3 ayda respublikada elektrik enerjisinin istehsalı 7 171,8 mln. kVt·st olub.

Renewables.az bu barədə Energetika Nazirliyinə istinadən xəbər verir. 

Bu müddət ərzində istilik elektrik stansiyalarında (İES) 6 mlrd. 318,3 mln. kVt·st, su elektrik stansiyalarında (SES) 669,6 mln. kVt·st, digər mənbələr üzrə isə 183,9 mln. kVt·st, o cümlədən külək elektrik stansiyalarında (KES) 9,5 mln. kVt·st, günəş elektrik stansiyalarında (GES) 112,5 mln. kVt·st, Bərk Məişət Tullantılarının Yandırılması Zavodunda isə 61,9 mln. kVt·st elektrik enerjisi istehsal edilib.

Ötən ilin müvafiq dövrü ilə müqayisədə bərpa olunan enerji mənbələrindən elektrik enerjisi istehsalında 40 faiz və ya 243,9 mln. kVt·st artım qeydə alınıb.

Rüb ərzində elektrik enerjisinin istehsalı “Azərenerji” ASC üzrə 6 mlrd. 385 mln. kVt·st (İES-lərdə 5 mlrd. 739,9 mln. kVt·st, SES-lərdə 645,1 mln. kVt·st), Naxçıvan MR Dövlət Energetika Xidməti üzrə 91,2 mln. kVt·st (İES-lərdə 55,7 mln. kVt·st, SES-lərdə 21,7 mln. kVt·st, GES-lərdə 13,8 mln. kVt·st), “Azərişıq” ASC üzrə KES-lərdə 6,3 mln. kVt·st, müstəqil elektrik stansiyaları üzrə isə 689,3 mln. kVt·st təşkil edib.

Hesabat dövründə elektrik enerjisinin ixracı 385,0 mln. kVt·st, idxalı isə 35,7 mln. kVt·st olub.

Qeyd edək ki, 2025-ci ilin mart ayında respublika üzrə elektrik enerjisinin istehsalı 2 mlrd. 319,1 mln. kVt·st olub. Bu dövrdə elektrik enerjisinin ixracı 85,6 mln. kVt·st, idxalı isə 16,1 mln. kVt·st təşkil edib.

Xeberinfo.Az Xeberinfo.Az Xeberinfo.Az Xeberinfo.Az


OXŞAR XƏBƏRLƏR