Bərk Məişət Tullantılarının Yandırılması Zavodunda elektrik enerjisinin istehsalı azalıb

16 aprel 2025, 11:30 (UTC+4)
ÖLKƏ BİOENERJİ
EDITOR
image

Cari ilin yanvar-mart ayları üzrə operativ məlumatlara əsasən, Bərk Məişət Tullantılarının Yandırılması Zavodunda elektrik enerjisinin istehsalı 61,9 milyon kVt·st olub.

Renewables.az Energetika Nazirliyinin açıqladığı elektrik enerjisinə dair operativ məlumatlara istinadən xəbər verir ki, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 5,1 milyon kVt·st və ya 7,6 % azdır.