BDU tələbələrinə bərpa olunan enerji mövzusunda mühazirə keçirilib

AZƏRBAYCAN

image

Bakı Dövlət Universitetinin (BDU) Ekologiya və torpaqşünaslıq fakültəsində Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin direktor müavini Fəqan Abdurəhmanov “Bərpaolunan enerji mənbələri və Azərbaycanda yaşıl enerjinin inkişafı: mövcud vəziyyət və perspektivlər” mövzusunda ustad dərsi keçib.

Renewables.az-ın məlumatına görə, tədbirin əsas məqsədi tələbələr üçün yaşıl enerji sahəsində məlumatların əlçatanlığını artırmaq və onlara faydalı məlumatları ötürmək olub.

Məruzəçi Fəqan Abdurəhmanov yaşıl enerjinin ətraf mühitin mühafizəsində oynadığı roldan bəhs edərək, ölkəmizdə xüsusilə perspektivli hesab olunan külək və günəş enerjisi sahələrində həyata keçirilən layihələr, onların istehsal mexanizmləri və iqtisadi səmərəliliyi barədə ətraflı məlumat verib. O, həmçinin Azərbaycanda bərpaolunan enerji mənbələrindən istifadə üzrə cari vəziyyəti, quraşdırılmış külək və günəş elektrik stansiyalarının gücü və gələcək layihələr haqqında geniş informasiya təqdim edib.

Sonda tələbələrin sualları cavablandırılıb.

Xeberinfo.Az Xeberinfo.Az Xeberinfo.Az


OXŞAR XƏBƏRLƏR