Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin (BOEMDA) direktor müavini Fəqan Abdurəhmanov Çin Xalq Respublikasının paytaxtı Pekin şəhərində Azərbaycan və Çin arasında sənaye və investisiya iqtisadi əməkdaşlığının gücləndirilməsinə və strateji investisiyaların təşviqinə həsr olunmuş “Çin–Azərbaycan Sənaye və İnvestisiya Təşviqi Konfransı”nda iştirak edir.
Renewables.az-a BOEMDA-dan verilən məlumata görə, F. Abdurəhmanov Azərbaycanda bərpa olunan enerjinin inkişafı, görülən işlər və bu sahədə Azərbaycanla Çin arasında olan layihələr haqqında məlumat verib.
17-18 aprel tarixlərində baş tutan tədbir İqtisadiyyat Nazirliyinin dəstəyi, Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyi – AZPROMO, Azərbaycan Respublikasının Çin Xalq Respublikasındakı Səfirliyində Ticarət Nümayəndəsinin Aparatı, Çinin Milli İnkişaf və İslahat Komissiyasının (NDRC) Xarici Kapital Departamenti və Beynəlxalq Əməkdaşlıq Mərkəzinin təşkilatçılığı ilə keçirilir.
