bp: "Şəfəq" GES layihəsi ilə bağlı investisiya qərarı yekunlaşmaq üzrədir

AZƏRBAYCAN
GÜNƏŞ
YAŞIL ENERJİ ZONASI

image

“Səngəçal” terminalının elektrikləşdirilməsi ilə bağlı yekun investisiya qərarının verilməsi prosesinin son mərhələsinə keçilib.

Bunu “BP-Azərbaycan” şirkətinin mətbuat xidmətinin rəhbəri Tamam Bayatlı jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, layihə çərçivəsində “Şəfəq” Günəş Elektrik Stansiyasında (GES) istehsal olunacaq elektrik enerjisi Cəbrayılda “Azərenerji” ASC-yə satılacaq:

“Əvəzində, "virtual enerji ötürmə" mexanizmi vasitəsilə ‘Azərenerji’ Bakıda bizə ekvivalent miqdarda elektrik enerjisi təqdim edəcək. Bu yolla ‘Səngəçal’ terminalının elektrikləşdirilməsi təmin olunacaq”, - deyə o bildirib.

T.Bayatlı qeyd edib ki, terminalın elektrikləşdirilməsi təkcə təbii qaz sərfiyyatını azaltmaqla kifayətlənməyəcək, həm də ətraf mühitə təsiri minimuma endirəcək.

“Layihə çərçivəsində atmosferə atılan emissiyaların miqdarı da əhəmiyyətli dərəcədə azalacaq”, - deyə o vurğulayıb.



OXŞAR XƏBƏRLƏR