bp-nin bərpaolunan enerji bölməsinin rəhbəri şirkətdən ayrılır

19 sentyabr 2021, 16:15 (UTC+4)
DÜNYA
EDITOR
image
Böyük Britaniyanın enerji nəhəngi sayılan bp şirkətinin bərpaolunan enerji bölməsinin rəhbəri Dev Sanyal ilin sonunda şirkətdən ayrılacaq. "Berpaolunanenerji.az"ın məlumatına görə, bu barədə bp-nin açıqlamasında deyilir. Qeyd olunub ki, 32 il şirkətdə çalışan Sanyalın ayrılması xəbəri bp-nin bərpaolunan enerji biznesini aktiv şəkildə inkişaf etməsi fonunda gözlənilməz olub. Bölmənin yeni rəhbəri əvvəllər "RWE Renewables" şirkətinin baş direktoru işləyən Anya-İzabel Dotsenrat olacaq. O, 1 mart 2022-ci il tarixindən etibarən vəzifəsinin icrasına başlayacaq.