"Cahangirbəyli" KSES-də istehsal edilən elektrik enerjisinin həcmi açıqlanıb

AZƏRBAYCAN
HİDRO
YAŞIL ENERJİ ZONASI

image

Energetika Nazirliyinin məlumatına görə, "Cahangirbəyli" Kiçik Su Elektrik Stansiyasında (KSES) cari ilin 1 sentyabr tarixinə qədər 24,65 milyon kVts elektrik enerjisi istehsal edilib.

2023-cü il sentyabrın 28-də “AzərEnerji” ASC tərəfindən Oxçuçayın Zəngilan rayonunun ərazisindən keçən hissəsində inşa edilən və ümumi gücü 10,5 MVt olan KSES hər biri 5,25 MVt gücündə olan 2 ədəd hidroaqreqatdan ibarətdir.

Qeyd edək ki, KSES-lər ekoloji cəhətdən təmiz elektrik enerjisi istehsal edən yaşıl enerji mənbəyi hesab olunur və enerji istehsalı zamanı atmosferə istixana effekti yaradan qazları atmayan elektrik enerjisi müəssisəsidir.

Renewables.az


OXŞAR XƏBƏRLƏR