Cavid Abdullayev: Bərpa olunan enerji sahəsində həm elmi, həm də texnoloji baxımdan qabaqcıl və gələcəyə hesablanmış yanaşmalar tətbiq olunur

AZƏRBAYCAN

image

Bərpa olunan enerji sahəsində həm elmi, həm də texnoloji baxımdan qabaqcıl və gələcəyə hesablanmış yanaşmalar tətbiq olunur.

Bunu Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin direktoru Cavid Abdullayev “Bərpa olunan enerji qurğu və avadanlıqlarının istismarı” üzrə yeni emalatxanaların və Mükəmməllik Mərkəzinin açılış mərasimində bildirib.

Direktor bildirib ki, bu yanaşma gələcək fəaliyyətin əsas sütunlarından birini təşkil edəcək. Bu baxımdan yerli mütəxəssislərin hazırlanması strateji əhəmiyyət kəsb edir.

Onun sözlərinə görə, hazırda Energetika Nazirliyi tərfindən elektromobillik strategiyası hazırlanıb. "Artıq bu strategiya dövlətə təqdim olunub və danışıqlar aparılır", - deyə direktor qeyd edib.

C.Abdullayev, həmçinin vurğulayıb ki, 2027-ci ilin sonuna qədər Azərbaycanda bərpa olunan enerji sahəsində quraşdırılmış güc 2 min meqavata qədər artacaq: “Bərpa olunan enerji sahəsində işlərin birinci mərhələsi 2027-ci ildə başa çatacaq. İkinci mərhələnin 2030-cu ilə qədər başa çatdırılması planlaşdırılır”.

Renewables.az Renewables.az


OXŞAR XƏBƏRLƏR