Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası nazirlərin 11-ci iclası və Yaşıl Enerji Məşvərət Şurası nazirlərin 3-cü iclası çərçivəsində Cəbrayılda iki günəş enerjisi layihəsi üzrə müqavilələr imzalanıb.
Renewables.az bu barədə Energetika Nazirliyində istinadən xəbər verir.
Azərbaycan Respublikası Hökuməti və “Enerso Cəbrayıl” MMC arasında Azərbaycan Respublikasında 50 MVt gücündə “Üfüq” Günəş Elektrik Stansiyası layihəsi ilə bağlı İnvestisiya müqaviləsini energetika naziri Pərviz Şahbazov və şirkətin direktoru Eldar Məmmədzadə imzalayıb.
Azərbaycan Respublikası Hökuməti və “Clean Energy Jabrayil” MMC arasında Azərbaycan Respublikasında 50 MVt gücündə “Şəms” Günəş Elektrik Stansiyası layihəsi üzrə İnvestisiya müqaviləsini energetika naziri Pərviz Şahbazov və şirkətin direktoru Xəyalə Nağıyeva imzalayıb.
