Çin 100 QVt gücündə külək və günəş elektrik stansiyası inşa edəcək
DÜNYA
GÜNƏŞ
KÜLƏK
-
17.10.2021 12:26 (UTC+04:00)
Çin yarımsəhra ərazilərində 100 QVt gücündə külək və günəş enerjisi layihələrinin inşasına başlayıb.
"Berpaolunanenerji.az" "Bloomberg"ə istinadən xəbər verir ki, bunu Çin Xalq Respublikasının Sədri Si Cinpin BMT-nin Biomüxtəliflik Konfransı zamanı videomüraciətində açıqlayıb.
Bərpaolunan enerji sərmayələrinin davam etdiriləcəyini bildirən ölkə başçısı, ümumi gücü 100 QVt olan nəhəng layihənin birinci mərhələsinə başlanıldığını bildirib.
Qeyd edək ki, Çin 2060-cı ilə qədər sıfır karbon olmağı hədəfləyir.