Danimarka şirkəti Şotlandiyanın dənizüstü külək layihələrinə sərmayə yatıracaq
DÜNYA
KÜLƏK
-
29.09.2021 11:52 (UTC+04:00)
Danimarkanın “Orsted” şirkəti Şotlandiyanın dənizüstü külək enerji layihələrinə 12 milyard funt sterlinq sərmayə yatıracaq.
Şirkət, “ScotWind” proqramı çərçivəsindəki dənizüstü külək enerji hərracında beş təkliflə iştirak edib və bu təkliflərin uğurlu olması nəticəsində Şotlandiyaya 12 milyard funt sterlinq sərmayə yatırmağı planlaşdırır.
Sərmayəçilər lizinq yolu ilə, dövlətin “ScotWind” proqramı üçün nəzərdə tutduğu ərazilərdə dəniz dabanı icarəyə götürərək turbinlərini inşa edə biləcək.