Danimarkanın "Vestas" şirkəti Azərbaycanda külək turbinləri quraşdıra bilər

22 iyun 2022, 23:05 (UTC+4)
ÖLKƏ
EDITOR
image
Danimarkanın “Vestas” şirkətinin regional kommersiya direktoru İqor Nusla Azərbaycanın İqtisadiyyat Nazirliyi arasında külək enerjisi sahəsində mövcud potensialdan səmərəli istifadə və investisiya imkanları, külək turbinləri komponentlərinin istehsalının təşkili barədə fikir mübadiləsi aparılıb. “Berpaolunanenerji.az” məlumatına görə, bu barədə nazirin birinci müavini Elnur Əliyev məlumat verib. Qeyd edək ki, "Vestas" dünyanın ən iri və ən güclü külək turbinini inşa etməsi ilə tanınır.