Cari ilin yanvar-mart aylarında ölkədə elektrik enerjisi istehsalı 6 milyard 744,1 milyon kVt-saat təşkil edib ki, bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 0,9 faiz çoxdur.
Renewables.az bu barədə Dövlət Statistika Komitəsinin məlumatlarına istinadən xəbər verir.
Hesabat dövründə əmtəəlik elektrik enerjisi istehsalı 6 milyard 508,6 milyon kVt-saat təşkil edib və bu da 0,8 faiz çoxdur.
Hesabat dövründə su elektrik stansiyalarının enerji istehsalı 662,4 milyon kVt-saat (54,4 faiz çox), külək elektrik stansiyalarının enerji istehsalı 4,5 milyon kVt-saat (68,3 faiz az), günəş elektrik stansiyalarının enerji istehsalı 73,9 milyon kVt-saat (18,4 faiz çox) təşkil edib.
